First Bell
80 ₼
Hazırdır — bu gün sifariş edin, tez çatdıraq
- Şəhər içi 2 saat ərzində çatdırılma
- Geri qaytarılma zəmanəti
- Rahat çatdırılma və qaytarma
Təsvir
First Bell – yeni tədris ilinin başlanğıcını simvolizə edən rəngarəng və xüsusi müəllif buketidir. Çəhrayı və şaftalı tonlu güllər, mavi hortensiya, zərif gerberalar və dekorativ yaşıllıqlar bənövşəyi qablaşdırma ilə tamamlanaraq canlı və fərqli görünüş yaradır. İlk məktəb günü, 1 Sentyabr, müəllim üçün hədiyyə və yeni tədris ilinin başlanğıcı münasibətilə ideal seçimdir.
Tərkib:
• Çəhrayı premium qızılgüllər
• Şaftalı tonlu güllər
• Mavi hortensiya
• Çəhrayı gerbera
• Dekorativ ammi
• Evkalipt
• Dekorativ yaşıllıq
• “Back to School” dekorativ kart
• Premium bənövşəyi qablaşdırma
• Flower.az dekorativ lent
Baxım qaydası:
• Sapları 1–2 sm diaqonal şəkildə kəsin.
• Buketi təmiz və sərin su olan vazaya yerləşdirin.
• Suyu hər gün və ya maksimum 1–2 gündən bir dəyişdirin.
• Hortensiya bol su sevdiyi üçün vazadakı suyun səviyyəsinə xüsusi diqqət yetirin.
• Birbaşa günəş şüalarından və istilik mənbələrindən uzaq saxlayın.
Qeyd:
Güllər təbii məhsul olduğu üçün rəng çaları, ölçüsü və açılma dərəcəsi fotodan cüzi fərqlənə bilər. Mövsüm və mövcudluqdan asılı olaraq ayrı-ayrı güllər və dekorativ elementlər kompozisiyanın ümumi rəng palitrası, üslubu və həcmi qorunmaqla uyğun alternativlə əvəz edilə bilər.
Kod: 991197



