Logo

Gül Açan Bitkilər

Gardenia Bitkisi (Sadə dibçəkdə)

35 ₼

Hazırdır — bu gün sifariş edin, tez çatdıraq

1
  • Şəhər içi 2 saat ərzində çatdırılma
  • Geri qaytarılma zəmanəti
  • Rahat çatdırılma və qaytarma

Təsvir

 Gardenia — parlaq yaşıl yarpaqları və zərif, ətirli ağ çiçəkləri ilə tanınan klassik bir ev bitkisidir. Onun çiçəkləri təkcə gözəlliyi ilə deyil, həm də yaydığı incə ətiri ilə hər məkanı canlandırır. Gardenia, sevgi, zəriflik və səmimiyyətin simvolu hesab olunur.

 Xüsusiyyətlər: 

• Mənşəyi: Asiya (Çin və Yaponiya) 

• Bitki növü: Gardenia jasminoides 

• Görünüş: Tünd yaşıl parlaq yarpaqlar, ağ ətirli çiçəklər 

• Faydası: Havanı təmizləyir və ətirli atmosfer yaradır

 • Simvolu: Saflıq və səmimiyyət 

• Çiçəkləmə dövrü: Yaz və yay ayları

 Baxım Qaydaları:

 • Parlaq, dolayı günəş işığını sevir. Birbaşa günəş işığı yarpaqları yandıra bilər.

 • Torpaq daim nəm saxlanmalı, amma su içində olmamalıdır.

 • Temperatur: 18–25°C arası idealdır.

 • Rütubətli mühitdə daha yaxşı inkişaf edir. Yarpaqlara su püskürtmək məsləhətdir. 

• Çiçəkləmə dövründə gübrələmə ayda 2 dəfə edilə bilər. 

Vacib Qeyd: Gardenia ətiri ilə pozitiv enerji və sakitlik gətirir. Qadın zərifliyinin təcəssümü hesab olunan bu bitki, həm ev, həm də ofis üçün zövqlü bir hədiyyə seçimidir. 

Kod: 755925

Mini Çəhrayı Orkide
Gül Açan Bitkilər

Mini Çəhrayı Orkide

70 ₼