Bloom Élan ( S/M )
135 ₼
Hazırdır — bu gün sifariş edin, tez çatdıraq
- Şəhər içi 2 saat ərzində çatdırılma
- Geri qaytarılma zəmanəti
- Rahat çatdırılma və qaytarma
Təsvir
Bloom Élan — zərif çəhrayı, krem-ağ və təravətli yaşıl tonların harmoniyasında hazırlanmış premium gül kompozisiyasıdır. Həcmli ortensiyalar, premium qızılgüllər, eustomalar və dekorativ ammi yaşıl və çəhrayı anturiumlarla tamamlanaraq kompozisiyaya müasir və eleqant görünüş bəxş edir. Axıcı ağ dekor və evkalipt budaqları dizayna xüsusi tekstura və yüngüllük qatır.
Kompozisiya S və M ölçülərində hazırlanır:
S ölçü — daha kompakt və zərif görünüşlü kompozisiya.
M ölçü — daha həcmli, zəngin və vizual olaraq daha effektli kompozisiya.
Tərkib:
• Premium çəhrayı/krem qızılgüllər
• Ağ və çəhrayı ortensiya
• Ağ eustoma
• Yaşıl və ya çəhrayı anturium
• Dekorativ ammi
• Evkalipt
• Axıcı dekorativ elementlər
• Premium Flower.az qutusu
Baxım qaydası:
Kompozisiyadakı floral süngərə hər gün az miqdarda sərin su əlavə edin. Gülləri birbaşa günəş şüalarından, istilik mənbələrindən və kondisionerin güclü hava axınından uzaq saxlayın.
Vacib qeyd:
S və M ölçüləri arasında güllərin sayı və kompozisiyanın ümumi həcmi fərqlənir. Mövsümi mövcudluqdan asılı olaraq bəzi güllərin rəng çalarında və növündə cüzi dəyişikliklər ola bilər. Ümumi rəng palitrası, premium görünüş və kompozisiyanın üslubu qorunur.
Kod: 909453



