Bordeaux Calla
145 ₼
Hazırdır — bu gün sifariş edin, tez çatdıraq
- Şəhər içi 2 saat ərzində çatdırılma
- Geri qaytarılma zəmanəti
- Rahat çatdırılma və qaytarma
Təsvir
Bordeaux Calla — tünd bordo və qırmızı çalarların zərif harmoniyasını əks etdirən eksklüziv çiçək kompozisiyasıdır. Dəbdəbəli kallalar, parlaq dekorativ giləmeyvələr və incə dekorativ budaqlar kompozisiyaya xüsusi xarakter və eleqantlıq bəxş edir. Bordo rəngli zərif qutuda təqdim olunan bu aranjiman müasir dizaynı və qeyri-adi görünüşü ilə seçilir. Romantik sürprizlər, xüsusi günlər və fərqli hədiyyə axtaranlar üçün ideal seçimdir.
Tərkibi:
Bordo kallalar
İleks (dekorativ qırmızı giləmeyvələr)
Dekorativ evkalipt
Dekorativ otlar
Bordo rəngli qutu
Qulluq:
Kompozisiyanın təravətini qorumaq üçün onu sərin yerdə, birbaşa günəş şüalarından və istilik mənbələrindən uzaqda saxlayın. Çiçəklərin yerləşdirildiyi florist süngərini mütəmadi olaraq az miqdarda təmiz su ilə nəmləndirin. Çiçəklərin üzərinə birbaşa su püskürtməyin.
Qeyd:
Çiçəklərin və dekorativ elementlərin mövsümi mövcudluğundan asılı olaraq tərkibdə kiçik dəyişikliklər edilə bilər. Kompozisiyanın ümumi rəng harmoniyası və dizayn üslubu qorunur.
Kod: vb cvcv



