Rosé Botanique
170 ₼
Hazırdır — bu gün sifariş edin, tez çatdıraq
- Şəhər içi 2 saat ərzində çatdırılma
- Geri qaytarılma zəmanəti
- Rahat çatdırılma və qaytarma
Təsvir
Rosé Botanique – çəhrayı, pudra və isti ərik tonlarının harmoniyası ilə hazırlanmış həcmli premium qutu kompozisiyasıdır. Ortensiya və iri qızılgüllərin romantik görünüşü anturium, georgin və gerberaların fərqli teksturası ilə tamamlanır. Ammi, çobanyastığı və evkalipt isə kompozisiyaya təbii və yüngül görünüş verir. Xüsusi günlər, yubiley və möhtəşəm sürprizlər üçün eleqant seçimdir.
Tərkib:
• Çəhrayı ortensiya
• İri çəhrayı premium qızılgüllər
• Pudra çəhrayı garden qızılgüllər
• Pudra çəhrayı anturium
• Ərik-narıncı pompon georginlər
• Şaftalı tonlu gerbera
• Ağ ammi
• Çobanyastığı
• Dekorativ evkalipt
• Dekorativ yaşıllıq
• Flower.az premium dekorativ qutu
Baxım qaydası:
• Floral süngəri hər gün təmiz, sərin su ilə nəmləndirin.
• Suyu güllərin üzərinə deyil, birbaşa süngərə əlavə edin.
• Kompozisiyanı günəşdən, istilik mənbələrindən və kondisionerin birbaşa havasından uzaq saxlayın.
Vacib qeyd:
Ortensiya və georginlər susuzluğa xüsusilə həssasdır. Floral süngərin qurumasına imkan verməyin və nəmliyini hər gün yoxlayın.
Crizal istifadəsi:
Crizalı təmiz suda həll edin və hazırlanmış məhlulu az miqdarda floral süngərə əlavə edin.
Kod: 435948



