Apricot Sky – Premium Buket
265 ₼
Hazırdır — bu gün sifariş edin, tez çatdıraq
- Şəhər içi 2 saat ərzində çatdırılma
- Geri qaytarılma zəmanəti
- Rahat çatdırılma və qaytarma
Təsvir
Yumşaq şaftalı, krem və açıq mavi tonların harmoniyası ilə hazırlanmış bu premium buket incəlik və zərifliyin müasir təcəssümüdür. Pionvari qızılgüllərin dolğun forması, anemonların kontrastlı mərkəzi və hortensiyanın həcmi birlikdə dərinlik və balans yaradır. Yüngül və hava kimi görünüşü ilə bu buket həm romantik, həm də eleqant seçimdir.
Tərkibi:
• Pionvari qızılgüllər
• Anemonlar
• Hortensiya
• Kust qızılgüllər
• Dekorativ yaşıllıq və elementlər
Xüsusiyyətləri:
• Premium buket dizaynı
• Pastel və zərif rəng harmoniyası
• Həcmli və balanslı kompozisiya
• Flower.az imzalı premium qablaşdırma və atlas lent
Baxım qaydası:
• Saplarını kəsərək təmiz suya yerləşdirin
• Suyu gündəlik dəyişin
• Sərin mühitdə saxlayın və günəşdən uzaq tutun
Vacib qeyd:
Nəzərinizə çatdırırıq ki, mövsümlə əlaqədar olaraq buketdə istifadə olunan güllərdə dəyişiklik ola bilər. Dəyişiklik olduğu halda sizinlə əlaqə saxlanılaraq əvvəlcədən məlumat veriləcək və təsdiqiniz alınacaq.
Kod: 481428



