Azure Bloom
250 ₼
Hazırdır — bu gün sifariş edin, tez çatdıraq
- Şəhər içi 2 saat ərzində çatdırılma
- Geri qaytarılma zəmanəti
- Rahat çatdırılma və qaytarma
Təsvir
Azure Bloom – çəhrayı və mavi çalarların canlı harmoniyası ilə hazırlanmış, həcmli və ifadəli premium gül buketidir. İri başlı premium qızılgüllər, kustovoy qızılgüllər və mavi ortensiyaların zəngin teksturası Ammi majusun yüngül və havalı görünüşü ilə tamamlanır. Pastel mavi və çəhrayı qablaşdırma buketin rəng palitrasını vurğulayaraq ona müasir və eleqant görünüş bəxş edir. Ad günü, yubiley, romantik sürpriz və digər xüsusi günlər üçün möhtəşəm seçimdir.
Tərkib:
• Çəhrayı premium qızılgüllər
• Tünd çəhrayı kustovoy qızılgüllər
• Mavi ortensiya
• Çəhrayı eustoma
• Ammi majus
• Premium dekorativ qablaşdırma
Baxım qaydası:
• Buketi vazaya yerləşdirməzdən əvvəl sapları iti bıçaq və ya sekatorla 1–2 sm diaqonal şəkildə kəsin.
• Təmiz və sərin su istifadə edin, suyu hər gün və ya maksimum 2 gündən bir dəyişdirin.
• Birbaşa günəş şüalarından, istilik mənbələrindən və kondisioner hava axınından uzaq saxlayın.
• Güllərin təravətini daha uzun müddət qorumaq üçün suya Chrysal qida məhlulu əlavə etməyiniz tövsiyə olunur.
Vacib qeyd:
Mövsümdən asılı olaraq istifadə olunan bəzi güllərin sortunda, çalarında və ya açılma səviyyəsində kiçik fərqlər ola bilər. Hər hansı dəyişiklik zəruri olduqda, əvvəlcədən sizinlə əlaqə saxlanılaraq təsdiqiniz alınır.
Kod: 746074



