Pink Cloud
220 ₼
Hazırdır — bu gün sifariş edin, tez çatdıraq
- Şəhər içi 2 saat ərzində çatdırılma
- Geri qaytarılma zəmanəti
- Rahat çatdırılma və qaytarma
Təsvir
Pink Cloud – çəhrayı tonların zərifliyi ilə mavi çalarların təravətini bir araya gətirən həcmli premium gül buketidir. İri başlı bağ qızılgülləri, incə kustovoy qızılgüllər və çəhrayı ortensiyaların zəngin teksturası zərif matrikaria çiçəkləri ilə tamamlanır. Açıq mavi premium qablaşdırma kompozisiyanın çəhrayı palitrasını xüsusi vurğulayaraq buketə romantik, yüngül və eleqant görünüş bəxş edir. Ad günü, yubiley, romantik sürpriz və digər xüsusi günlər üçün ideal hədiyyə seçimidir.
Tərkib:
• Çəhrayı premium bağ qızılgülləri
• Çəhrayı kustovoy qızılgüllər
• Çəhrayı ortensiya
• Matrikaria
• Premium dekorativ qablaşdırma
Baxım qaydası:
• Buketi vazaya yerləşdirməzdən əvvəl sapları 1–2 sm diaqonal şəkildə kəsin.
• Təmiz və sərin su istifadə edin, suyu hər gün və ya maksimum 2 gündən bir dəyişdirin.
• Birbaşa günəş şüalarından, istilik mənbələrindən və kondisioner hava axınından uzaq saxlayın.
• Güllərin təravətini daha uzun müddət qorumaq üçün suya Chrysal qida məhlulu əlavə etməyiniz tövsiyə olunur.
Vacib qeyd:
Mövsümdən asılı olaraq istifadə olunan bəzi güllərin sortunda, çalarında və ya açılma səviyyəsində kiçik fərqlər ola bilər. Hər hansı dəyişiklik zəruri olduqda, əvvəlcədən sizinlə əlaqə saxlanılaraq təsdiqiniz alınır.
Kod: 513045



