Sunny Ivory
250 ₼
Hazırdır — bu gün sifariş edin, tez çatdıraq
- Şəhər içi 2 saat ərzində çatdırılma
- Geri qaytarılma zəmanəti
- Rahat çatdırılma və qaytarma
Təsvir
Sunny Ivory – günəbaxanların parlaq sarı tonlarını ağ və krem çalarlarla birləşdirən həcmli premium gül buketidir. Günəbaxanlar, iri başlı premium qızılgüllər, həcmli ortensiyalar və zərif eustomalar evkalipt budaqları ilə tamamlanaraq buketə təravətli, işıqlı və eleqant görünüş bəxş edir. Ağ premium qablaşdırma kompozisiyanın rəng kontrastını xüsusi vurğulayır. Ad günü, yubiley, təşəkkür, təbrik və sevdiklərinizi sevindirmək üçün gözəl hədiyyə seçimidir.
Tərkib:
• 7 ədəd günəbaxan
• 11 ədəd premium qızılgül
• 3 ədəd ağ ortensiya
• 5 budaq ağ eustoma
• Dekorativ evkalipt
• Premium dekorativ qablaşdırma
Baxım qaydası:
• Buketi vazaya yerləşdirməzdən əvvəl sapları 1–2 sm diaqonal şəkildə kəsin.
• Təmiz və sərin su istifadə edin, suyu hər gün və ya maksimum 2 gündən bir dəyişdirin.
• Ortensiyaların suya yüksək ehtiyacı olduğu üçün vazadakı su səviyyəsini mütəmadi olaraq yoxlayın.
• Birbaşa günəş şüalarından, istilik mənbələrindən və kondisioner hava axınından uzaq saxlayın.
• Güllərin təravətini daha uzun müddət qorumaq üçün suya Chrysal qida məhlulu əlavə etməyiniz tövsiyə olunur.
Vacib qeyd:
Mövsümdən asılı olaraq istifadə olunan bəzi güllərin sortunda, çalarında və ya açılma səviyyəsində kiçik fərqlər ola bilər. Hər hansı dəyişiklik zəruri olduqda, əvvəlcədən sizinlə əlaqə saxlanılaraq təsdiqiniz alınır.
Kod: 284193



