Logo
1 / 2

Qarışıq buketlər

Violet Muse

100 ₼

Hazırdır — bu gün sifariş edin, tez çatdıraq

1
  • Şəhər içi 2 saat ərzində çatdırılma
  • Geri qaytarılma zəmanəti
  • Rahat çatdırılma və qaytarma

Təsvir

Violet Muse – bənövşəyi, çəhrayı və krem tonlarının harmoniyası ilə hazırlanmış həcmli premium gül buketidir. İri başlı premium qızılgüllər, ortensiya, bənövşəyi eustomalar və zərif anturium dekorativ yaşıllıqlar və evkalipt budaqları ilə tamamlanaraq buketə müasir, eleqant və fərqli görünüş bəxş edir. Parlaq bənövşəyi premium qablaşdırma və kontrast yaşıl lent kompozisiyanın xarakterini xüsusi vurğulayır. Ad günü, yubiley, romantik sürpriz və digər xüsusi günlər üçün diqqətçəkən hədiyyə seçimidir. 

Tərkib: 

• Çəhrayı və krem premium qızılgüllər
 • Çəhrayı ortensiya
 • Bənövşəyi eustoma
 • Ağ anturium
 • Ammi majus
 • Dekorativ evkalipt
 • Premium dekorativ qablaşdırma 

Baxım qaydası: 

• Buketi vazaya yerləşdirməzdən əvvəl sapları 1–2 sm diaqonal şəkildə kəsin.
 • Təmiz və sərin su istifadə edin, suyu hər gün və ya maksimum 2 gündən bir dəyişdirin.
 • Birbaşa günəş şüalarından, istilik mənbələrindən və kondisioner hava axınından uzaq saxlayın.
 • Güllərin təravətini daha uzun müddət qorumaq üçün suya Chrysal qida məhlulu əlavə etməyiniz tövsiyə olunur. 

Vacib qeyd: 

Mövsümdən asılı olaraq istifadə olunan bəzi güllərin sortunda, çalarında və ya açılma səviyyəsində kiçik fərqlər ola bilər. Hər hansı dəyişiklik zəruri olduqda, əvvəlcədən sizinlə əlaqə saxlanılaraq təsdiqiniz alınır. 

Kod: 907775

Yeni
Verde Pêche
Qarışıq buketlər

Verde Pêche

55 ₼
Yeni
Fuchsia Passion
Qarışıq buketlər

Fuchsia Passion

60 ₼
Yeni
Jardin Pêche
Qarışıq buketlər

Jardin Pêche

75 ₼
Yeni
Emerald Blush
Qarışıq buketlər

Emerald Blush

60 ₼