Festive Velvet
140 ₼
- Şəhər içi 2 saat ərzində çatdırılma
- Geri qaytarılma zəmanəti
- Rahat çatdırılma və qaytarma
Təsvir
Festive Velvet — Yeni il bayramının sehrini, istiliyini və zərifliyini özündə birləşdirən eksklüziv kompozisiyadır. Təbii nobilis budaqları, qırmızı və bordo rəngli bayram oyuncaqları, şam qozaları və dekorativ giləmeyvələr klassik Yeni il ab-havası yaradır. Qırmızı şamlar və Meysəri şərabı kompozisiyanın bayram konsepsiyasını tamamlayır. Zərif məxmər qutuda təqdim olunan Festive Velvet sevdikləriniz və işgüzar tərəfdaşlarınız üçün xüsusi Yeni il hədiyyəsidir.
Tərkibi:
Təbii nobilis budaqları
Meysəri Məxməri Premium şərabı
Qırmızı dekorativ şamlar
Təbii şam qozaları
Qırmızı dekorativ giləmeyvələr
Yeni il oyuncaqları
Dekorativ maral fiquru
Məxmər qutu
Flower.az brend lenti
Qulluq:
Kompozisiyanı sərin yerdə, birbaşa günəş şüalarından və istilik mənbələrindən uzaqda saxlayın. Florist süngərini mütəmadi olaraq az miqdarda su ilə nəmləndirin. Təhlükəsizlik məqsədilə şamları kompozisiyanın içərisində yandırmayın.
Qeyd:
Dekorativ elementlər mövcudluqdan asılı olaraq dəyişə bilər. Kompozisiyanın ümumi rəng harmoniyası və bayram konsepsiyası qorunur.
Kod: ytjjyyjt



